FED-in proqnozundan sonra dollar BAHALAŞIR

FED-in proqnozundan sonra dollar BAHALAŞIR
ABŞ mərkəzi bankı funsiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) rəhbərinin ötən gün açıqladığı proqnoz beynəlxalq birjalarda dolların bahalaşmasına, mühüm əmtəələrin dəyər itirməsinə səbəb olub. 

Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, FED ABŞ-da inflyasiyanın bu il 3,4 faiz, 2022-ci ildə 2,1 faiz, 2023-cü ildə 2,2 faiz olacağını təxmin edir. 

İnflyasiyanın proqnozlaşdırılan səviyyəsi ABŞ-ı tam qəne etdiyindən FED 2023-cü ilə qədər uçot dərəcəsini ən azı iki dəfə dəyişdirməyi düşünür. Hər iki halda uçot dərəcəsinin artırılacağı gözlənilir. 

FED rəhbəri qeyd edib ki, ABŞ üçün illik inflyasiyanın 2 faiz olması məqbuldur. Buna görə də FED daha uzun müddətə genişlənmiş monetar siyasət yürüdülməsini məqbul hesab etmir. Çünki bu siyasətin uzun müddət davam etməsi dolların ucuzlaşmasına və inflyasiya səviyyəsinin bir qədər də artmasına səbəb olacaq. ABŞ mərkəzi bankı mövcud vəziyyəti nəzərə alaraq bu ilin ikinci yarısında və ya ən geci növbəti ildə uçot dərəcəsini artıracaq. 

Hazırda ABŞ mərkəzi bankının uçot dərəcəsi 0-0,25 faiz intervalındadır. İki il əvvəl dərəcə 2 faizdən yüksək idi. FED-in uçot dərəcəsini bu qədər azaltmasına səbəb pandemiyanın yaratdığı qlobal iqtisadi böhran oldu. Böhranla əlaqədar ABŞ-da illik inflyasiya 1 faiz həddindən aşağı düşdü. İnflyasiyanın sıfıra yaxınlaşması iqtisadi fəallığı zəiflətdiyindən FED ucuz pul siyasəti yürütməyə başladı. Bu məqsədlə uçot dərəcəsi aşağı salındı, kredit faizləri düşdü, eyni zamanda FED dövriyyəyə əlavə pul buraxdı. Hazırda da əlavə pul buraxılışı davam edir və onun aylıq miqdarı 120 milyard dollardır. 

FED rəhbəri qeyd edib ki, monetar genişləndirmə tədbirləri məşğulluq səviyyəsi və inflyasiya proqnozlaşdırılan həddə yüksələndən sonra dayandırılacaq. Mərkəzi bank güman edir ki, ilin yekununda ABŞ iqtisadiyyatı 7 faiz böyüyəcək. Böyüməyə ucuz pul siyasəti də kömək edəcək. 

FED-in bu açıqlamasından sonra dollar bahalaşır. Dollar İndeksi son bir gündə 90,4 səviyyəsindən 91,6 səviyyəsinə qədər yüksəlib. İnflyasiyanın yüksəlməsi ilə əlaqədar dollarda bahalaşmanın davam edəcəyi güman olunur.

Bahalaşan dollar qızıl, neft və digər mühüm əmtəələrin ucuzlaşmasına təsir edir. Qızılın qiyməti bir gündə 3 faiz enərək 1860 dollardan 1800 dollara düşüb. "Brent” markalı neftin qiyməti də gün ərzində enişə keçib. Amma neft bazarında güclü tələbin olması neftin daha çox ucuzlaşmasının qarşısını alıb. 
Dolların bahalaşması bütün əlvan metalların ucuzlaşmasına da şərait yaradıb. 


Vasif
  
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Suriya...

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...