Unibank müştərisi kartında saxladığı və xərclədiyi vəsaitə daha yüksək gəlir qazanacaq

Unibank müştərisi kartında saxladığı və xərclədiyi vəsaitə daha yüksək gəlir qazanacaq
Unibank yeni strategiyası çərçivəsində nağdsız ödənişlərin həcminin artırılması istiqamətində daha bir yenilik edib. Müştəri məmnuniyyətini artırmaq və nağdsız ödənişləri stimullaşdırmaq üçün iyunun əvvəlindən nağdsız ödənişlərdə daha yüksək cashback və kart hesab qalığına daha yüksək faiz sistemi tətbiq olunur. Yeni sistemlə "Unibank”ın kredit və debet kartı ilə alış-veriş edənlər, eləcə də öz vəsaitini debet kartda saxlayan müştərilər illik 5%-dək əlavə gəlir qazanmaq imkanı əldə edirlər (//www.youtube.com/watch?v=llPiDKv3hBg).


Hər ay qazanılan cashback vəsaiti və yaxud kart qalığına hesablanmış əlavə faizlər növbəti ayın ilk günü müştərinin kart hesabına köçürülür. Şərtlər haqda ətraflı bankın saytından (//unibank.az/cards/goto?language=az&name=cashback) öyrənmək mümkündür.

 

 

Bazardakı bank kartlarının müqayisəsi göstərib ki, Unibank kartları ən çox qazandıran kart məhsullarındandır. Son 1 ildə Unibank müştəriləri 1 milyon manatdan çox cashback, kart qalığına isə 1,2 milyon manatdan çox vəsait qazanıblar.


 

Unibank hazırda yüz minlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Kart sahibləri asanlıqla və çox rahat, təhlükəsiz şəkildə öz kartları ilə alış-veriş edə bilirlər. Bank kartlarına xidmətin "Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsi, kart istifadəçilərinə bir çox üstünlüklər qazandırıb. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsi, ödəniş kartları və nağdsız ödənişlər istiqamətindədaha çevik və effektiv olmasına imkan verir. Prosessinq mərkəzi "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar və geniş xidmət təqdim etməkdədir.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,//twitter.com/unibank) əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...