Azərbaycanın qeyri neft-qaz məhsullarının ixrac dəyəri ilk dəfə 2 milyard dollar həddini ötəcək

Azərbaycanın qeyri neft-qaz məhsullarının ixrac dəyəri ilk dəfə 2 milyard dollar həddini ötəcək
Bu ilin yanvar-mayında Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ixracı 907,6 milyon dollara yüksəlib. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ilk 5 ayda ixrac ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 186,1 milyon dollar və ya 25,8 faiz çoxdur. 2020-ci ilin 5 ayında qeyri neft-qaz ixracının həcmi 721,5 milyon dollar idi. 

Qeyri neft-qaz ixracındakı artım sürəti ümumi ixracdakı artım sürətini qabaqlayır. Buna görə də 2021-ci ilin yanvar-may dövründə cəmi ixracın 10,35 faizi qeyri neft-qaz məhsullarının ixracından ibarət olduğu halda, bu ilin eyni dövründə ixracdakı pay 12,22 faizə yüksəlib.

Azərbaycanın qeyri neft-qaz ixracında ən böyük paya meyvə-tərəvəz (206,17 milyon dollar), plastmassa və onlardan hazırlanan məmulatlar (143 milyon dollar), pambıq lifi və ipliyi (127,2 milyon dollar) sahibdir. Adıçəkilən məhsul qrupları üzrə ixrac ümumi ixracın 52,5 faizini formalaşdırıb. 

Qeyri neft-qaz məhsullarının ixracında daha çox artım plastmassa və onlardan hazırlanan məmulatların və pambığın satışında müşahidə olunub. Plastmassa və onlardan hazırlanan məmulatların satış dəyəri 68 milyon dollar, pambığın satış dəyəri 68,5 milyon dollar artıb. 

Adıçəkilən məhsullarla yanaşı metalların ixracında da ciddi artım var. Qara metalların ixracı 20 milyon dollar, alüminium ixracı 27 milyon dollar artıb. 

Meyvə-tərəvəzin ixrac dəyəri azalıb. Ötən il meyvə-tərəvəz ixracının dəyəri 236,5 milyon dollar idi. Meyvə-tərəvəz ixracında 30 milyon dollar azalma qeydə alınıb. Mövcud artım dinamikası qorunarsa, Azərbaycanın qeyri neft-qaz məhsullarının ixrac dəyəri ilk dəfə olaraq 2 milyard dollar həddini ötəcək. 

Vasif  
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...