İran Avropa ölkələri ilə hava əlaqəsini bərpa edir

Dünya
23:26 / 15.06.2021
2388
Uzun sürən məhdudiyyətlərdən sonra Avropa ölkələri ilə İranın aviasiya əlaqəsi tədricən bərpa olunur.
Sfera.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Hüseyn Zibaxış açıqlama verib. O bildirib ki, "Lufthansa” aviaşirkəti İrana və İrandan digər istiqamətlərə uçuşlarını bərpa edib. Şirkətin təyyarələri həftədə 3 dəfə müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirməyə başlayıblar. Lakin yaxın aylarda reyslərin sayı həftədə 5 dəfəyə kimi artacaq.
H.Zibaxış qeyd edib ki, iyunun 17-dən Avstriyanın "Austrian Airlines” şirkəti də həftədə 3 dəfə Tehran-Vyana reysini həyata keçirməyə başlayacaq.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar sərnişinlərdən həkim arayışı tələb olunacaq. Eyni zamanda, Tehranın İmam Xomeyni beynəlxalq hava limanında ölkəyə daxil olanlardan COVID-19 testi götürüləcək.