2 erməni rəqib boksçumuzla döyüşdən imtina etdi - FOTOLAR

2 erməni rəqib boksçumuzla döyüşdən imtina etdi - FOTOLAR
Boksçumuz rinqə Şəhid Xudayarın "Dastana döndü"sü ilə çıxdı. 2 erməni rəqib döyüşdən imtina etdi.

Bu günlərdə Moskva şəhərində "Vegas City Hall"da Rusiya Gənclər və İdman Nazirliyi, Rusiya Peşəkar Boks Federasiyası və "WTKF" tərəfindən "Буря в июне" adlı beynəlxalq peşəkar boks turniri keçirilib.

Sfera.az xəbər verir ki, turnirdə vətənimizi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun, "Bizon Energy", iş adamları Pənah İbrahimov və Rəvan Bəşirovun dəstəyi ilə peşəkar boksçumuz Fuad Tarverdi təmsil edib.

Azərbaycanın "Qızıl Əlcək" idman klubunun məşqçisi Rəhim Allahverdiyev və Rusiyanın "Mübariz" idman klubunun məşqçisi Ravid Axundovun yetirməsi olan boksçumuz Fuad Tarverdi ilk "profdebyut" döyüşünü keçirib.

İlk öncədən boksçumuzun rəqibi erməni boksçusu Armen Arutyunov olsa da, yarışdan bir-neçə gün öncə döyüşdən imtina edib. Daha sonra təyin olunan ikinci rəqib - Ermənistanı təmsil edən Qriqoriy Arutyunyan da Fuadla döyüşdən imtina edib. Nəticədə boksçumuz Fuad Tarverdinin rəqibi Kırğızıstanı təmsil edən Saymik Mamadaliyev olub. Boksçumuz rəqibini 3-cü raundda nokautla məğlub edərək beynəlxalq promouterlərin diqqətini cəlb edib.

Onu da qeyd edək ki, ilk peşəkar döyüşünə çıxan Fuad Tarverdi rinqə Şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Dastana döndü" kompozisiyası ilə daxil olub və sonda qələbəsini Şəhid və Qazilərimizə həsr edib.

OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...