MDB ölkələrinə təyyarə bileti 1253 manata yüksəlib

MDB ölkələrinə təyyarə bileti 1253 manata yüksəlib
2021-ci ilin iyunun 1-nə olan məlumata əsasən, MDB ölkələrinə bir gediş üzrə təyyarə biletinin orta qiyməti 1253 manata yüksəlib.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bir ay əvvəl təyyarə biletinin orta qiyməti 1097 manat, iki ay əvvəl 843 manat olub. 

MDB ölkələrinə təyyarə biletlərində bahalaşma 2021-ci ilin dekabrından müşahidə edilir. Ötən ilin dekabrında bir gedişin orta qiyməti 330,5 manat olduğu halda, bu ilin yanvarında 817 manata yüksəlib. Sonrakı aylarda orta qiymət 847 manata, apreldə 1097 manata qədər artıb. 

Təyyarə biletlərində bahalaşma digər xarici ölkələrə olan uçuşlarda da müşahidə edilir. MDB-dən kənar ölkələrə uçuş qiymətləri yanvardan kəskin artıb. Dekabrda bir gedişin orta qiyməti 382 manat idi. Amma yanvarda orta qiymət 759 manata, fevralda 783 manata yüksəlib. 

MDB ölkələrinə uçuş qiymətlərindən fərqli olaraq digər ölkələrə uçuş qiymətləri son aylarda azalır. 2021-ci ilin iyunun 1-nə olan məlumata əsasən, qiymətlər 746 manata düşüb.

AZAL qiymət artımlarını COVİD-19 ilə bağlı xaricə uçuşların azalması, qiymətlərə COVİD-19 testinin daxil edilməsi ilə əlaqələndirir. Şirkət bildirir ki, səfərlərin sayının azalması bir sərnişinin daşınma xərcini, yəni maya dəyərini artırdığından uçuş qiymətlərinin dəyərinin yüksəlməsinə səbəb olur. Qurum bahalaşmanın digər ölkələrdə də müşahidə edildiyini vurğulayıb.

Sfera.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin bahalaşmasının dünyanın əksər ölkələrində müşahidə edildiyini təsdiqləyir. Amma ekspert qiymətlərin Azərbaycanda olduğu qədər heç bir ölkədə kəskin şəkildə artırılmadığını söylədi. Bu baxımdan o Azərbaycandan uçuşların bahalaşma tempinin iqtisadi əsasının olmadığını düşünür.
 
Onun fikrincə, bahalaşmanın əsas səbəbi AZAL-ın inhisarçı mövqeyidir: 

"Azərbaycanda biletlərin baha olmasının yeganə səbəbi AZAL-ın inhisarçı siyasətidir. AZAL nəinki bazara nəzarəti tam öz əlinə götürüb, hətta bazara daxil olmaq istəyən şirkətlərə süni əngəllər yaradır. Ona görə də ucuz hava daşımaçılığı olan şirkətlər Azərbaycana gələ bilmir. Gəlsələr də, AZAL-ın qaydaları ilə işləməyə məcburdurlar. 

AZAL-ın inhisarçılıq siyasəti həm ölkə vətəndaşlarını xərclərini artırır, həm də postpandemiya dövründə turizmin inkişafı üçün əngəllər yaradır".

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...