Büdcə gəlirləri 9,735 milyard manatı ötdü

İqtisadiyyat
22:16 / 14.06.2021
2558
2021-ci ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9,735 milyard manatı ötüb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azdır.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 9,366 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azdır.
Beləliklə, bu ilin 5 ayı ərzində dövlət büdcəsinin 368,9 milyon manat profisiti yaranıb.