Putin Rusiyanın ABŞ-a qarşı kiber hücum ittihamlarına cavab verdi

Dünya
17:06 / 14.06.2021
2171
Rusiya Federasiyasının prezidenti Vladimir Putin NBC-yə müsahibəsində ABŞ-a
qarşı kiber hücumların arxasında rus hakerlərin və ya Rusiya rəsmi dairələrinin
dayandığına dair ittihamları "feyk" adlandırıb.
"Bizi çox şeydə günahlandırıblar. Seçkilərə
müdaxilədə, kiber hücumlarda və sair və i.a. Amma bir dəfə də olsun, hansısa dəlil
və ya sübut təqdim etməyi lazım bilməyiblər. Yalnız əsassız ittihamlar səsləndiriblər",-
deyə o, bildirib.
Prezidentin qeyd etdiyi kimi, Amerikada təhlükəli
sayılan nəsnə, Rusiya üçün də təhlükəli ola bilər. Onun sözlərinə görə, NATO
kiberməkanı döyüş meydanı hesab edir.
"Onlar nə isə planlaşdırır, nə isə hazırlayır,
təbii ki, bu bizi narahat etməyə bilməz”,- deyə dövlət başçısı qeyd edib.
Putin Amerika kəşfiyyatının Rusiyanın
informasiya şəbəkələrinə sızdığını istisna etməyib, amma bundan qorxmadığını
vurğulayıb. Bununla yanaşı, Rusiya prezidenti kiber cinayətlərə
qarşı mübarizədə Vaşinqtonla əməkdaşlığa ümid bəslədiyini də söyləyib.
Sfera.az