Rusiya 1200 illik məclisdən imtina etdi

Rusiya 1200 illik məclisdən imtina etdi
  Moskva Patriarxlığı Ümumpravoslav Məclisində iştirakdan imtina edib. 
 
 
Sfera.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Moskva Patriarxlığının rəsmi nümayəndəsi Mitropolit İllarion söyləyib. Onun sözlərinə görə, bütün kilsələrin iştirak etməyəcəyi halda Ümumpravoslav Məclisi legitim olmayacaq.
 
Qeyd edək ki, Ümumpravoslav Məclisi 16 iyunda start götürəcək və 26 iyuna qədər davam edəcək. Məclisin təşkilatçısı Konstantinopol Patriarxlığıdır.
 
Krit adasından öncə bu görüşün İstanbulda keçirilməsi nəzərdə tutulsa da, sonradan Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi buna mane olub. Rəsmi olaraq sonuncu dəfə Ümumpravoslav Məclisi VIII əsrdə çağırılıb.
 
Bundan öncə Gürcüstan, Bolqarıstan, Serbiya və Antioxiya pravoslav kilsələri də Ümumpravoslav Məclisində iştirakdan imtina ediblər.

OXŞAR XƏBƏRLƏR

Bu kəndə köçənə hökumət 20 min dollar, hər uşağa görə bonus verir

İsveçrə Alp dağlarında yerləşən Albinen kəndi insanların köçürülməsi üçün maddi həvəsləndirmə proqramına başlayıb və yeni sakinlərə əhəmiyyətli ödənişlər təklif...

Yaşlıqadının öldüyü elan edildi, gözlənilmədən “dirildi”

88 yaşlı qadının öldüyü elan edilsə də, o, dəfn olunmağa hazırlaşarkən gözlənilmədən “dirilib”. Hadisə Çexiyanın Pilsen şəhərində baş verib. Sf...

10 saniyəlik gecikmə səbəbindən təyyarə yerə enə bilməyib

On saniyəlik gecikmə Mayorkadan Münhenə normal iki saatlıq uçuşu Almaniya boyunca 12 saatlıq səyahətə çevirib. 221 sərnişin üçün bu, əsl macəra olub.  &...

Turistik bölgələrdə elektrik qarışqaları aşkar edildi: Təhlükəsi nədir?

İspaniyanın Tenerifedəki Los Cristianos şəhərində, qolf kompleksində Təbii Məhsullar və Aqrobiologiya İnstitutunun entomoloqları dünyada ən invaziv qarışqa növl...

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az bildirir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il t...

Mask: Mən olmasaydım, Tramp seçkilərdə uduzardı

İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.  ...