“Bunun reallaşması üçün Ermənistan özünü konstruktiv aparmalıdır” - Açıqlama
Müsahibə
16:21 / 14.06.2021
2744
"Humanitar müstəvidə vasitəçi olmadan, ikitərəfli
ünsiyyət formasında növbəti addımların atılması üçün platforma mövcuddur. Amma
bunun üçün İrəvan özünü konstruktiv aparmalıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında iyunun
12-də kənar vasitəçilərin iştirakı ilə ilk addımın baş tutması - mina xəritələrinin
verilməsi və əsir diversantların qaytarılmasından sonra üçüncü tərəfin iştirakı
olmadan, Azərbaycanla Ermənistanın birbaşa təmasının mümkünlüyünə toxunarkən,
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputatın qənaətinə görə üçtərəfli İşçi Qrupu
formatında məsələni həll edə bilərik: "Bu ilin yanvarın 11-də Azərbaycan, Ermənistan
və Rusiya arasında növbəti sənəd
imzalandı. Sənədə əsasən üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində
İşçi Qrupu yaradıldı. Burada müzakirələrin
əsas predmeti isə region üzrə kommunikasiyaların açılması, iqtisadi layihələrin
həyata keçirilməsidir. Amma düşünürəm ki,
bununla yanaşı həmin İşçi qrupu səviyyəsində humanitar xarakterli məsələlər
də müzakirə oluna bilər. Kommunikasiyaların açılması, iqtisadi layihələrin həyata
keçirilməsi məsələləri müzakirə olunursa, təbii ki, hər şeydən öncə təhlükəsizlik
məsələləri səmərəli şəkildə həll olunmalıdır”.
Rüfət SULTAN