Azərbaycanın tədiyə balansında 325,9 milyon dollar profisit yaranıb

Azərbaycanın tədiyə balansında 325,9 milyon dollar profisit yaranıb
2021-ci ilin birinci rübündə Azərbaycanın tədiyə balansında 325,9 milyon dollar profisit yaranıb. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, profisitin yaranmasına qlobal əmtəə bazarlarında neft və digər məhsulların qiymətlərinin yüksəlməsi, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyillərin yaranması təsir edib. 

Ötən ilin birinci rübündə tədiyə balansında 1,343 milyard dollar kəsir qeydə alınmışdı. Tədiyə balansının əsas hissəsi olan cari əməliyyatlar balansında 627,7 milyon dollar profisit olub. 2020-cu ilin I rübü ilə müqayisədə profisit məbləği bir qədər azalıb. Ötən ilin ilk 3 ayında profisit 646,3 milyon dollar olmuşdu. 

Profisitin azalmasına neft qiymətləri təsir göstərib. 2020-ci ilin birinci rübündə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 58 dollar olduğu halda, bu ilin eyni dövründə 52 dollar təşkil edib. 

Cari əməliyyatın strukturuna nəzər yetirdikdə görürük ki, bu ilin ilk rübündə neftin ucuzlaşması xarici ticarətdə müsbət fərqi xeyli kiçilib. Ötən il 1,873 milyard dollar olan xarici ticarət profisiti bu il 1,548 milyard dollara qədər geriləyib. 
Əvəzində xidmətlər, ilkin gəlirlər və təkrar gəlirlər balansında müsbət dəyişiklik baş verib. Amma müsbət dəyişikliklər xarici ticarətdəki fərqdən zəif olduğundan  cari əməliyyatlar balansı kiçilib. 

2021-ci ilin birinci rübündə tədiyə balansında qeydə alınan əsas müsbət hadisə maliyə hesabı ilə bağlıdır. Ötən ilin birinci rübündə maliyyə hesablında 1,394 milyard dollar kəsir yaranmışdısa, bu ilin eyni dövründə 14,4 milyon dollar profisit qeydə alınıb. Məhz maliyə hesabındakı kəsirin aradan qalxması ümumən tədiyə balansında profisitin yaranmasına səbəb olub. Maliyyə hesabındakı profisit xalis öhdəliklərin artması hesabına baş verib. İlk 3 ayda ölkəmizdən çıxan xalis vəsait 524,4 milyon dollara qarşılıq, ölkəmizə gələn xalis vəsait 538,8 milyon dollar olub. 

Ötən ilin ilk rübündə ölkəmizdən çıxan xalis vəsait 1,526 milyard dollar təşkil etmişdi ki, bu da daxil olan xalis vəsaitdən 1,394 milyard dollar çox idi. 
Bu il çıxan xalis vəsaitlərin azalması xarici ölkələrə investisiya qoyuluşunun azalması sayəsində mümkün olub. 

Vasif   
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...