ABŞ qondarma soyqırımı tanımaqdan imtina edə bilər? - "Bayden geri addım atmayacaq..."

ABŞ qondarma soyqırımı tanımaqdan imtina edə bilər? -
Bu gün Brüsseldə ABŞ prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq.

Görüş öncəsi gündəliyi açıqlayan Ərdoğan, müzakirə ediləcək məsələlər arasında 24 aprel qondarma soyqırım tarixinin ABŞ tərəfindən tanınmasınından söz açılacağını deyib.

Maraqlıdır, görüşdən sonra ABŞ-ın ermənilərin qondarma soyqırımını tanımaqdan imtina etməsi mümkündür? Bu yolda hansısa addım atıla bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Baydenin mövqeyindən dönməyəcəyini bildirib: "ABŞ prezdienti "qondarma soyqırımla" bağlı məsələni müzakirə etmək istəyində deyil. Türkiyə və ABŞ NATO-da strateji hərbi müttəfiqlərdir, Ermənistan vacib strateji müttəfiq deyil. Belə olduğu təqdirdə Baydenin soyqırımı tanıması ilə bağlı açıqlama verməsi müttəfiqlik anlayışına ziddir. Sadəcə, bunun altında gizli niyyətlər var və Ərdoğan bu məsələldə haqlı olduğunu sübut etmək istəyir. Nəticə etibarilə ABŞ prezidenti sözünü geri götürməyəcək. Ərdoğan ABŞ-ın bu məsələdə nə qədər yalnış mövqe ortaya qoyduğunu sübut etmək istəyir ki, bu da strateji müttəfiqqliyə təsir edə bilər.
 
Politoloq soyqırımın tanınması məsələsini Baydenin ilk "uğurlu" addımı kimi səciyyələndirib: "Soyqırımı tanımaq haqqında fikri geri götürmək ABŞ kimi hegemon ölkəyə yaraşmaz, Bayden bunu etməz. ABŞ sadəcə bu məsələ haqqqında danışmaqla, Ərdoğanın könlünü ala bilər. Erməni soqyırımının tanınması Bayden hakimiyyyətinin ilk addımı olmuşdu, o sözündən dönməz".

Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR