“SinoVac”, “Pfizer”, daha sonra isə... – Bir şəxs bir neçə vaksin vurdura bilərmi?

“SinoVac”, “Pfizer”, daha sonra isə... – Bir şəxs bir neçə vaksin vurdura bilərmi?
Bəzi ölkələr səyahət zamanı turistlərdən COVİD pasportu tələb edir. Məsələnin maraqlı tərəfi isə budur ki, hazırda dünyada müxtəlif növ peyvəndlər var və Azərbaycanda olan bəzi vaksinlər Avropa ölkələri tərəfindən təsdiqlənməyib.
 
Bu baxımdan bir sıra vətəndaşlar iki, hətta üç cür vaksin vurdurmaq məcburiyyətində qalır. Məsələn, "SinoVac” vurduran vətəndaş, növbəti dəfə "Pfizer”ə müraciət edir. Bunu könüllü edən vətəndaşlar da var. Onlar inanır ki, fərqli vaksinlər immunitetlərini daha da gücləndirir.

Bəs, bu hal insan səhhətinə zərər vura bilərmi?

Tibb üzrə ekspert, professor Adil Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, bir növ vaksin vurdurmaqla da immunitet qazanmaq mümkündür:

"Əgər bu olmazsa, digər vaksin növlərindən istifadə oluna bilər. Bu da müəyyən müddətdən sonra mümkündür. Məsələn, bir vaksin vurulandan iki ay sonra başqasına müraciət etmək olar - immunitet yoxlanılır, antikor testi aparılır və virusa qarşı lazımi immunitet yaranmadığı halda, başqa xarakterli vaksinasiya istifadə olunur”.

Müsahibimiz qeyd edib ki, vaksinlər müxtəlifdir və onun vektorlu, matrisalı, revanukuen turşusu əsaslı, canlı, zəiflədilmiş və inaktivləşdirilmiş və.s növləri var:"Ona görə də, vətəndaşların fərqli peyvəndlərdən istifadəsi mümkündür”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...