“Eriksen nəfəs alır və danışa bilir”

Dünya
22:50 / 12.06.2021
3107
Danimarka millisinin və "İnter"in futbolçusu Kristian Eriksenin agenti Martin Şuts oyunçunun son durumu barədə məlumat verib.
Sfera.az xəbər verir ki, o, "Radio 1"ə açıqlamasında 29 yaşlı futbolçunun nəfəs aldığını və danışa bildiyini deyib.
Qeyd edək ki, K.Eriksen Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itmişdi. Bu səbəbdən oyun dayandırılmışdı.