Ermənistandan Rusiyaya gedən magistral yol bağlanır

Ermənistandan Rusiyaya gedən magistral yol bağlanır
Gürcüstanın Kveşeti-Kobi avtomagistralında tikinti işləri çərçivəsində xüsusi texnikanın daşınması səbəbindən Gürcüstanın Rusiya ilə sərhədinə doğru bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sfera.az xəbər verir ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Handoskhevi-Kobi hissəsi 11 iyun saat 23:00-dan 12 iyun saat 05: 00-dək nəqliyyat üçün bağlanacaq.

Mtsxeta-Stepantsminda-Lars magistralı Rusiya ilə ortaq sərhədi olmayan Ermənistan da daxil olmaqla Gürcüstandan Rusiyaya gedən yeganə yoldur.
 

(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR