Kim Çen İn Cənubi Koreyanın məşhur musiqi janrını “xərçəng” adlandırdı

Kim Çen İn Cənubi Koreyanın məşhur musiqi janrını “xərçəng” adlandırdı
Şimali Koreya Prezidenti Kim Çen İn k-pop musiqisini ölkə əhalisinin geyimlərini, saç düzümlərini, danışıqlarını və davranışlarını pozan xərçəng xəstəliyi kimi xarakterizə edib.
 
Sfera.az xəbər verir ki, dünyada məşhurluq qazanan Cənubi Koreyanın pop mədəniyyətinin artan təsiri Şimali Koreya liderinin yeni mədəniyyət müharibəsi elan etməsinə səbəb olub. O, bu musiqi növündə istifadə olunan dili də tənqid edib.

Kim Çen İni bu barədə danışmağa son aylarda Cənubi Koreya filmlərinin və k-pop videolarının ölkədə sürətlə yayılması olub. Bu musiqi növü Kim Çen İni o qədər narahat edib ki, o ötən ilin dekabr ayında yeni qanun da qəbul edib. Qanuna əsasən Cənubi Koreya istehsalı musiqi və filmləri izləyənlər 15 il müddətinə əmək düşərgələrinə göndərilirlər. 

Qeyd edək ki, k-pop Cənubi Koreyada 1990-cı illərin əvvəlində yaranıb və özündə elektropop, hip-hop və ritm-n-blyuz janrlarını cəmləşdirən musiqi janrıdır. Bu pop növü internet vasitəsilə çox böyük auditoriyaya yayılıb.

Əzizə
Sfera.az 


OXŞAR XƏBƏRLƏR