Ukrayna Donbasdakı təmas xəttinə tanklar toplayır

Dünya
13:55 / 11.06.2021
2076
Qondarma Luqansk Xalq Respublikasının (LXR) kəşfiyyatı
Donbasdakı təmas xəttində yerləşən
yaşayış məntəqələrinə Ukrayna tanklarının toplnadığını qeydə alıb.
Sfera.az-ın məlumatına görə, bu barədə RİA
"Novosti” LXR xalq milisinin mətbuat xidmətinə istinadla məlumat verir.
Məlumata görə, təhlükəsizlik qüvvələri
Rubejnoye yaşayış məntəqəsində ən azından 17 ədəd T-72B tankı yerləşdirib. İyunun
11-də isə həmin ərazidə onlarla 2S1 "Qvozdika” və 2S3 "Akasiya” özüyeriyən
artilleriya qurğusu, həmçinin 12 ədəd T-64 tankı aşkar edilib.
Qeyd edək ki, aprelin 10-da Rusiya Raket və
Artilleriya Elmləri Akademiyası Prezidentinin informasiya siyasəti üzrə
müavini, hərbi elmlər doktoru Konstantin Sivkov Ukraynanın yüzlərlə müharibəyə
hazır tanka sahib olduğunu bildirmişdi.
"Kiyev 450-500 ədədə yaxın tankı döyüş vəziyyətinə gətirə bilər. Bunlar əsasən
T-64 və T-72, eləcə də elə həmin T-64
bazasında hazırlanan ən yeni model
Ukrayna tanklarıdır. Yaxınlaşan döyüş əməliyyatları teatrının xüsusiyyətlərini
nəzərə alaraq, deyə bilərik ki, bu tanklardan
300-320-yə qədəri DXR (red. qondarma Donetsk Xalq Respublikası) na
qarşı, qalan 150- 180 ədədi isə Luqansk istiqamətinə yönləndirilə bilər”,-deyə
müəllif yazır.
Xatırladaq ki, Donbasdakı silahlı qarşıdurma
altı ildən çoxdur davam edir. 2014-cü
ilin aprelində Ukrayna hakimiyyəti mərkəzi hökumət dəyişikliyindən sonra Kiyevdən
ayrıldığını elan edən qondarma DXR və
LXR-na qarşı hərbi əməliyyata başladı. Ukrayna Rusiyanı Donbasın bir hissəsini
işğal etməkdə və separatçılığı dəstəkləməkdə günahlandırır. Moskva Kiyevin
iddialarını rədd edir.
Sfera.az