Azərbaycanda neçə nəfər elmlə məşğul olur? - SAY AÇIQLANDI

Azərbaycanda neçə nəfər elmlə məşğul olur? -  SAY AÇIQLANDI
Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 55,4 faizi qadın olmaqla 3187 nəfər təhsil alıb.

Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən məlumata görə, təhsil alanların 78,8 faizi fəlsəfə, 21,2 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıblar.

Təhsil alanların 32,1 faizi elmi müəssisə və təşkilatlarda, 67,9 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 30,2 və 69,8 faiz, elmlər doktoru proqramı üzrə isə 39,1 və 60,9 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,8 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,5 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2512 nəfərin 424-ü iqtisad, 319-u filologiya, 275-i texnika, 228-i riyaziyyat, 183-ü tibb, 177-si aqrar, 108-i biologiya, 106-sı siyasi, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 121 nəfər aqrar, 97 nəfər filologiya, 69 nəfər biologiya, hər birində 57 nəfər olmaqla texnika və iqtisad, 43 nəfər kimya, 40 nəfər tarix, 30 nəfər tibb, 25 nəfər siyasi, 24 nəfər riyaziyyat, 23 nəfər yer, 22 nəfər hüquq elmləri, 21 nəfər sənətşünaslıq, 46 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2019-cu illə müqayisədə 2020-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 15,4 faiz azalaraq 356 nəfər, elmlər doktoru proqramı üzrə isə 28,8 faiz azalaraq 84 nəfər təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 12,8 faiz azalaraq 552 nəfər, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 10 faiz artaraq 154 nəfər təşkil edib.

Bununla yanaşı, 2020-ci ildə fəlsəfə doktoru proqramı üzrə 454 dissertant təhkim olunub ki, onların da 67,6 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 144 nəfəri qadın olmaqla 246 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, iqtisad, filologiya, tarix, texnika, biologiya və riyaziyyat sahələri üzrə təhkim olunub.

 

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...