Makrona sillə vuran şəxs həbs edildi

Dünya
21:26 / 10.06.2021
1574
Fransa Prezidenti Emmanuel Makrona sillə vuran Damien Tarelə 4 aylıq həbs cəzası verilib.
Sfera.az xəbər verir ki, Valans məhkəməsində ifadə verən D.Tarel əməlini öncədən planlaşdırmadığını bildirib.
Hakim Perrin hadisəni qəsdən törədilmiş zorakı hadisə kimi qiymətləndirib.