Dövlət büdcəsinə vergi borcları kəskin artıb

Dövlət büdcəsinə vergi borcları kəskin artıb
2020-ci ildə dövlət büdcəsinə vergi borclarında artım qeydə alınıb. 

Ümumilikdə, borclar 334,441 milyon manat və ya 27,7% artaraq 1,54 milyard manat olub. Borcun 1,025 milyard manatı əsas məbləğ, 293,7 milyon manatı faiz, 222 milyon manatı maliyyə sanksiyalarından ibarətdir. Bir ildə əsas məbləğdə 201,303 milyon manat, maliyyə sanksiyalarında 64 milyon manat, faizlər üzrə 69,1 milyon manat artım olub.  

Sfer.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2019-cu ildə dövlət büdcəsinə vergi borcu 1,2 milyard manat, 2018-ci ildə 1,1 milyard manat, 2017-ci ildə 1,063 milyard manat idi. 

2020-ci ilin sonuna dövlət büdcəsinə olan ümumi borcun 69,5%-i Bakı şəhəri üzrə, 30,5%-i respublikanın digər regionları üzrə qeydiyyatda olan vergi ödəyicilərinin payına düşüb. Ötən il ümumi borc artımının 67,7%-i Bakı şəhərində qeydə alınıb. 

Borc əsasən qeyri neft-qaz sektoru üzrə yaranıb. Ümumi borcun 3 %-i neft-qaz sektoruna, 97 %-i qeyri neft-qaz sektoruna aid edilən vergi ödəyicilərinin payına düşüb. 

Borcların artımının tədiyyə növləri səviyyəsində əsas səbəblərini hüquqi şəxslərin mənfəət vergisi və əmlak vergisi üzrə hesablanan öhdəliklərin vaxtında dövlət büdcəsinə ödənilməməsi ilə əlaqələndirmək olar.

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...