Qubada dəhşət: oğul atasını balta ilə öldürdü

Kriminal
09:57 / 10.06.2021
2232
Quba rayonunda qətl hadisəsi törədilib.
Sfera.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Rustov kənd inzibati ərazi dairəsinin Sofikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.