Suriyada partlayış zamanı Rusiya hərbçisi həlak oldu, yaralılar var

Dünya
23:37 / 09.06.2021
2382
Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində Rusiyanın 1 hərbi qulluqçusu həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, naməlum partlayıcı qurğu vasitəsilə törədilən partlayış zamanı həmçinin daha 3 hərbçi yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.