Daha bir güləşçimiz Polşada medal qazandı

20:54 / 09.06.2021
2117
Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində bürünc medal görüşünə çıxıb.
Sfera.az-ın məlumatına görə, 74 kq-da mübarizə aparan idmançı yerli güləşçi Kamil Ribiçki ilə qarşılaşıb.
Rəqibinə 9:1 hesabı ilə qalib gələn Hacıyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb.