Rumıniya turu: Şəhriyar və Teymur yenə heç-heçə etdi

Rumıniya turu: Şəhriyar və Teymur yenə heç-heçə etdi
İyunun 7-də "Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin üçüncü turunun oyunları keçirilib.

Sfera.az xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyirlər. Üçüncü turda Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Boqdan-Daniel Dyakla, Teymur Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla mübarizə aparıblar. Hər iki şahmatçımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb. Qeyd edək ki, təmsilçilərimizin əvvəlki qarşılaşmaları da bərabərlik şəraitində yekunlaşıb.

Turun digər oyunlarında Rumıniyanın digər təmsilçisi Konstantin Lupulesku niderlandlı Aniş Girini məğlub edib, Uesli So (ABŞ)-Aleksandr Qrişuk (Rusiya), ABŞ təmsilçisi Fabiano Karuana - ermənistanlı Levon Aronyan görüşləri də heç-heçə ilə başa çatıb.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
 

OXŞAR XƏBƏRLƏR

“Hələ də oğlumun məzarına gedə bilməmişəm...” - Xəyyamın anası

"Xəzər axşamı" komandası mərhum meyxanaçı Xəyyam Əhmədlinin ailəsinə baş çəkib.   Sfera.az xəbər verir ki, sənətçinin anası Zöhrə Quliyeva ...

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...