Bu tələbələr dövlət imtahanından AZAD OLUNDU - RƏSMİ

Bu tələbələr dövlət imtahanından AZAD OLUNDU - RƏSMİ
Təhsil Nazirliyi tələbələrin yekun dövlət attestasiyası qaydalarını açıqlayıb.

Nazirlikdən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ildən başlayaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib.

Qeyd olunub ki, cari tədris ilinin payız semestrinin imtahan sessiyası onlayn şəkildə keçirilib. Hazırda xüsusi karantin rejimi davam etdiyinə görə Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ötən tədris ilində olduğu kimi, bu tədris ilində də orta ixtisas təhsili pilləsində (bütün ixtisaslar üzrə) və ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılması məqsədəmüvafiq hesab edilib.

NK-nın müvafiq qərarına əsasən, orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiyası, eləcə də magistratura səviyyəsində də bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

Orta ixtisas təhsili pilləsində və ali təhsilin bakalavriat səviyyəsində təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə üçün dövlət attestasiya sınaqları təşkil ediləcək.

Orta ixtisas təhsili müəssisələri və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları təhsil müəssisələri və AMEA (magistratura səviyyəsi üçün) tərəfindən müəyyən edilir.


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...