AVRO-2020: İki komanda Bakıya yola düşdü

15:46 / 07.06.2021
1713
AVRO-2020-nin A qrupunun iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları Azərbaycan paytaxtına yola düşüb.
Sfera.az-ın məlumatına görə, hər iki kollektiv turnirə hazırlığını ölkəmizdə davam etdirəcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.