Rusiya ərzaq ixracını azaldır: Azərbaycanda əmtəə qiymətləri yüksələcək

Rusiya ərzaq ixracını azaldır: Azərbaycanda əmtəə qiymətləri yüksələcək
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov qlobal ərzaq qiymətlərinin artması ilə əlaqədar eyni növ məhsulların ixracına məhdudiyyətlərin tətbiq edilməsinin mümkün olduğunu vurğulayıb. 

Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, nazir Rusiyada əsas qida məhsullarından olan şəkər və unun bahalaşmasından sonra belə bir fikri səsləndirib. Reşetnikov söyləyib ki, qlobal ərzaq qiymətlərinin sabitləşdiyinə və ən yüksək həddə çatdığına dair zəmanət yoxdur. Məhsul istehsalı ilə bağlı hər hansı bir xəbərin yenidən qiymətləri artıracağını deyən Reşetnikov hesab edir ki, bəzi qida məhsulları üçün yenidən qiymət artımlarının olması mümkündür:
 
"Bu səbəbdən kənd təsərrüfatı məhsullarının bazarı daim izlənilir və lazım olduqda bəzi tədbirlər görürük. Həmin tədbirlər yerli məhsul istehsalçılarını qorumaqla bərabər, qida məhsullarının ixracını ən yaxşı şəkildə dəstəklənməsinə imkan yaradır”.

Reşetnikov, gələcəkdə həyata keçiriləcək hər hansı bir ticarət tədbirinin əlavə vergilərin tətbiq edilməsi şəklində olacağını söyləyib.

Qeyd edək ki, qlobal ərzaq qiymətləri indeksi davamlı artmaqdadır. Qiymət səviyyəsi bu ilin mayında əvvəlki ilə nisbətən 40 yüksəlib. Hazırkı qiymət səviyyəsi son 10 ilin ən yüksək səviyyəsi hesab edilir. 

Bahalaşma ilə əlaqədar Rusiyada ötən ilin dekabrından bəzi əsas ərzaq məhsullarına müvəqqəti ixrac vergiləri və ya rüsumları tətbiq edilir. Bu ilin əvvəlində buğda ixracı kvotası elan olunub. 

Rusiyanın tətbiq etdiyi rüsum və vergilərdən həmin məhsulları idxal edən ölkələr əziyyət çəkir. Azərbaycan da bir çox qida məhsulunu Rusiyadan alır. Buna görə də rüsum və vergilərin artırılması Azərbaycanda əmtəə qiymətlərinin yüksəlməsinə səbəb olur.

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...