Türkiyə Azərbaycana müdafiə məhsullarının ixracını artırıb

İqtisadiyyat
11:44 / 07.06.2021
2060
Son 20 ildə Türkiyənin Azərbaycana ixracı 805 faiz artıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə İxracatçılar Məclisinin onlayn toplantısında qurumun prezidenti İsmail Gülle bildirib.
İsmail Gülle deyib ki, Azərbaycana ixrac 2000-ci ildə 230 milyon dollar olduğu halda, 2020-ci ildə 2 milyard dolları ötüb:
"Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Sektorlar üzrə 2020-ci ildə ən çox ixrac 401 milyon dollarla (24,4 faiz artım) kimyəvi maddələr, 261 milyon dollarla (194,1 faiz artım) müdafiə və aviasiya, 170 milyon dollarla (0,6 faiz azalma) elektronika avadanlıqları sahib olub”.
İxracatçılar Məclisinin sədri söyləyib ki, Azərbaycana ixracatın ən çox artdığı sektorlardan biri də müdafiə və aviasiya sektorudur:
"Bu sektorda ixrac 194 faiz artımla 261 milyon dollar çatıb. 2021-ci ilin ilk 4 ayında bu sektorun ixracı 117,3 milyon dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il ixrac 1233,8 faiz artıb".
Vasif
Sfera.az