Türkiyədə yaşamaq hüququ əldə edən azərbaycanlıların sayı kəskin artıb - SƏBƏB

Türkiyədə yaşamaq hüququ əldə edən azərbaycanlıların sayı kəskin artıb - SƏBƏB
Türkiyədə rəsmi yaşayış icazəsi (oturum izni) ilə yaşayan əcnəbilər arasında ən böyük çoxluq İraq, Türkmənistan, İran və Özbəkistandan sonra Azərbaycan vətəndaşlarına məxsusdur. Hazırda Türkiyədə oturum izni ilə yaşayan azərbaycanlıların sayı 56 438 nəfərdir. 2015-ci ildə bu rəqəm 32 min olub. Yəni, 5 ilə 24 minə yaxın artım qeydə alınıb.

Sfera.az xəbər verir ki, bu haqda iqtisadçı Fərid Mehralızadə məlumat paylaşıb. O Türkiyənin miqrasiya qurumunun hesabatına istinadən bildirib ki, hazırda Türkiyədə oturum izni ilə yaşayan əcnəbilərin sayı 1,1 milyon nəfərdir: 

"Bu saya Suriyalı qaçqınlar daxil deyil. Son 10 ildə Türkiyədə yaşayan əcnəbilərin sayı 10 dəfə artıb. 

Türkiyədə oturum izni ilə yaşayan 56 mindən çox azərbaycanlının 10 356 nəfəri tələbədir. Bu o deməkdir ki, Türkiyədə təhsil alan hər 9 əcnəbi tələbədən biri azərbaycanlıdır. Azərbaycanlılar tələbə sayına görə Türkmənistandan sonra ikinci yeri tutur. Azərbaycanın lider olduğu oturum izni növü isə ailələr üçün nəzərdə tutulan yaşayış icazəsidir. Bu tip oturum izni Türkiyə vətəndaşı ilə evlənənlərə və ya Türkiyədə rəsmi yaşayış icazəsi olan birinin ailə üzvünə verilir. 

Azərbaycanlılardan sonra ən çox ailə oturum icazəsi verilən ölkə vətəndaşları Rusiya və Ukraynadandır”.

F.Mehralızadə deyir ki, Türkiyə Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Türkiyə vətəndaşı olan kişilər xarici ölkə vətəndaşı olan 19 min əcnəbi qadınla evlənib. Onlardan iki minə yaxını azərbaycanlı olub. Azərbaycanlılar bu göstəriciyə görə sadəcə suriyalılardan geri qalıb.

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...