Kapital Bank Xoşbulaqda təmizlik aksiyası həyata keçirdi

Kapital Bank Xoşbulaqda təmizlik aksiyası həyata keçirdi
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq mütəmadi olaraq cəmiyyət üçün əhəmiyyətli olan müxtəlif tədbirlər həyata keçirir. Qarşıdan yay fəslinin gəlməsini, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin yumşalmasını nəzərə alaraq, budəfəki aksiya Azərbaycanın Qərb bölgəsində, təmiz havası və gözəl təbiəti ilə seçilən, Daşkəsən rayonunun Xoşbulaq kəndində təşkil olundu.

 

XoşbulaqQoşqar çayınsahilində,Şahdağ silsiləsininətəyində yerləşir və orada havanın soyuq olması səbəbindən əsasən yay aylarında həm ölkənin Qərb bölgəsindən, həm də paytaxt Bakı da daxil olmaqla digər yerlərdən istirahətə gələnlərin sayı olduqca çox olur. Pandemiyadan əvvəlki illərdə buraya xaricdən gələnlərin də sayı az deyildi. Ancaq əfsuslar olsun ki, indiyədək ərazidə zibil qutularının olmaması səbəbindən mütəmadi aparılan təmizlik işləri heç bir fayda verməyib.

 

 

Məhz bu səbəbdən 5 iyun Ümumdünya Ətraf Mühit Günü Kapital Bank-ın baş ofisinin, həmçinin Qərb zonasında olan filiallarının əməkdaşları tərəfindən Xoşbulaqda "Təbiət evimizdir. Evimizi təmiz saxlayaq!” şüarı altında təmizlik işləri aparılıb. Təmizlik aksiyası çərçivəsində qeyd olunan əraziyə böyük və orta ölçülü olmaqla ümumilikdə 50-dək məişət tullantısı konteynerləri və qutuları yerləşdirilib. Layihə çərçivəsində ərazi üzrə olan kommunal təsərrüfat idarəsinin dəstəyi ilə istirahət mövsümündə orada müvafiq təmizlik işləri aparılacaq.

 

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...