Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi: “Bakıdakı yarış ağlasığmazdır”

19:10 / 06.06.2021
2491
"Mən bu gün elə çox xoşbəxtəm ki. Adətən Bakı yarışı olduqca ağlasığmaz olur”.
Sfera.az "oxu.az”a istinadən xəbər verir ki, bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi "Red Bull”un pilotu Serxio Peres deyib.
Meksikalı pilot qalib olmasının ilk sevinc hisslərini bölüşərkən 48-ci dövrəyədək lider olan, lakin gözlənilməz qəzaya görə yarışdan kənarda qalan Maks Verstapendən də danışıb:
"Maks üçün təəssüflənirəm. Çünki o, möhtəşəm yarış keçirirdi. O, həqiqətən qələbəyə layiq idi”.