Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi olub.

Sfera.az-ın məlumatına görə, ilk olaraq pilotların təqdimatı gerçəkləşib.

Tədbir bir dəqiqəlik sükutla başlayıb. Bu, "Mclaren"in əsas səhmdarlarından biri Mansur Odjey və Beynəlxalq Avtomobil Federasiyasının keçmiş prezidenti Maxs Moslinin ölümü ilə əlaqədardır.

Sürücülərin təqdimatından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb. Himn Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirilib.

Trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutub. Onlar Bakıda keçirilən beşinci "Formula 1" yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" formasında dayanıblar.

Mərasim üçün hazırlanan himnin xüsusi versiyası Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunub.

Qeyd edək ki, "Formula-1” üzrə Azərbaycan Qran-prisi saat 16:00-da start götürəcək. Yarış koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.

OXŞAR XƏBƏRLƏR

Pərviz onları seldən xilas etmək istəyərkən həlak olub - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub.   &nb...

“Hələ də oğlumun məzarına gedə bilməmişəm...” - Xəyyamın anası

"Xəzər axşamı" komandası mərhum meyxanaçı Xəyyam Əhmədlinin ailəsinə baş çəkib.   Sfera.az xəbər verir ki, sənətçinin anası Zöhrə Quliyeva ...

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...