"Gömrük öz "trol" qrupunu yaradır ki..." - Ekspertdən sərt İTTİHAM

"Hamı ərzaq qiymətlərinin sürətlə artmasından doğru olaraq şikayətçidir, amma tək ərzağın qiyməti bahalaşmır. Avtomobil ehtiyat hissələrinin qiyməti də həftədən-həftəyə kəskin bahalaşır”.

Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bir ay bundan öncə 15 manat olan bir mal, indi 25 manat olub:

"Ehtiyat hissələri satan sahibkardan səbəbini soruşdum, adam az qaldı ağlasın. Gömrük Komitəsini "ən xoş" sözlərlə yada saldı, qiymət artımının, əsasən, onlardan qaynaqlandığını söylədi. Yenə rəsmi qaimə qiymətlərini qəbul etmədiklərini, özlərindən yüksək qiymət qoyub hesablama apardıqlarından danışdı.

Dünən Gömrük Komitəsi "gömrük könüllülərinə" sertifikat paylayıb - absurdun dibidir. Gömrük könüllüləri nə deməkdir axı?! Könüllülər xəstəxanalarda olar, əngəlli insanlara qulluq, qocalara yardım edər. Gömrükdə nə könüllü?! Yoxsa Gömrük rəhbərliyi bu adla öz "trol" qrupunu yaradır ki, onlar sosial şəbəkələrdə tənqidçilərinin üzərinə gəlsinlər?!”.

Günay
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...