BP ilə yeni əməkdaşlıq Azərbaycana nə vəd edir? - TƏHLİL

BP ilə yeni əməkdaşlıq Azərbaycana nə vəd edir? - TƏHLİL
Böyük Britaniyanın BP şirkəti Zəngilan və Cəbrayıl rayonlarında ümumi gücü 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini həyata keçirəcək. Bununla bağlı 2021-ci ilin iyulun 3-də Azərbaycanın Energetika Nazirliyi və BP şirkəti arasında İcra Müqaviləsi imzalanıb. 

Sfera.az bildirir ki, razılaşma Azərbaycanın işğaldan azad edilən ərazilərində "yaşıl enerji” zonasının yaradılması, bərpa olunan enerji sektorunun inkişafı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin həyata keçirilməsi baxımından əhəmiyyətlidir. 

Bu müqavilə BP-nin də maraqlarına uyğundur. Britaniya şirkəti 2050-ci ilədək "xalis sıfır emissiya”lı şirkətə çevrilmək hədəfini müəyyənləşdirib və razılaşma qeyd edilən hədəfə çatmaq üçün yeni bir imkandır.

Energetika sahəsi üzrə ekspert Zəfər Vəliyev düşünür ki, layihənin uğurla həyata keçirilməsi Azərbaycanla BP arasında alternativ enerji sahəsində əməkdaşlığı dərinləşdirə bilər: 

"Çünki BP-nin "yaşıl enerji” sahəsinə böyük sərmayə qoymaq planları var. Şirkət istəyir ki, ortamüddətli dövrdə böyük məbləğdə sərmayələri alternativ enerji sahələrinə yönəltməklə enerji bazarında qlobal mövqeyini bir qədər də gücləndirsin. Bu məqsədlə BP-nin yaxşı əməkdaşlıq imkanlarına sahib olduğu ölkələrlə "yaşıl enerji” sahəsində işbirliyi güclənəcək”. 

Ekspert qeyd etdi ki, Azərbaycan dünyada neft və qaz ölkəsi kimi tanınsa da işğaldan azad edilən ərazilərdə "yaşıl enerji” zonası elan edib. 

"Qarabağın düzən və dağlıq hissəsində külək, hidroelektrik stansiyasına, eyni zamanda Qarabağın düzənlik hissəsində, yəni Zəngilan, Cəbrayıl, Füzulinin bəzi hissələrində günəş elektrik stansiyalarının inkişafına üstünlük veriləcək”, - deyən Z.Vəliyev söylədi ki, bu məsələdə BP ilə əməkdaşlıq uğurlu olacaq: 

"BP bu ilin əvvəlində bəyan etdi ki, qarşıdakı illərdə yeni iqlim tələblərinə uyğun olaraq özünün enerji potfelində ciddi dəyişiklik edəcək. BP alternativ və bərpa olunan  enerji mənbələrinə daha çox investisiya yönəldəcək və özünün fəaliyyət mexanizmini bu sahəyə kökləyəcək. 

BP-nin bu qərarı 2015-ci ildə Parisdə imzalanan iqlim sazişi ilə bağlıdır. Sazişə uyğun olaraq Beynəlxalq Enerji Agentliyi özünün hədəflərini elan etdi və yol xəritəsi planını açıqladı. Yol xəritəsinə əsasən, 2021-ci il istisna olmaqla növbəti illərdə neft-qaz sektoruna investisiya qoymaqdan çəkinməlidir. Açıq şəkildə bəyan edirlər ki, dünya yeni enerji erasına keçid ərafəsindədir. Hədəflərdən biri ondan ibarətdir ki, dünyanın bütün ölkələri, əsasən də inkişaf etmiş ölkələri, dövlət səviyyəsində ənənəvi enerji mənbələrindən mərhələli şəkildə imtina etməlidirlər və enerji təhlükəsizlərini təmin etmək üçün alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına daha çox sərmayə qoymalıdır”. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...