Baş prokuror minaya düşən jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara rəsmi məktub ünvanladı

Baş prokuror minaya düşən jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara rəsmi məktub ünvanladı
Azərbaycanın Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, "Amnesty İnternational” və "Human Rights Watch” təşkilatlarına rəsmi müraciət ünvanlayıb.
 
Sfera.az-ın məlumatına görə, müraciətdə qeyd edilmişdir ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini,  o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Belə ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtobusun rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 2 media əməkdaşı və 1 dövlət qurumunun əməkdaşı ölmüş, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Vurğulanıb ki, qeyd edilən faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla hazırda intensiv istintaq-əməliyyat  tədbirləri həyata keçirilir. 

Kamran Əliyev Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritə və sxemlərini bugünədək təqdim etməməsini Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli  aktların davamı kimi qiymətləndirərək, onlardan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edib.

Eyni zamanda, Baş Prokuror insanların həyatını xilas edilməsinə kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinasının Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmasını diqqətə çatdırmaqla, üçtərəfli Bəyanatın imzalandığı gündən hazıradək 18 mülki şəxsin həlak olmasını, 24 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasını qeyd edib.

Sonda Baş Prokuror, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən törədilmiş cinayətlərlə bağlı səlahiyyətləri çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.

OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...