Təhsil nazirliyinin oduna ehtiyacı var - TENDERLƏR

Təhsil nazirliyinin oduna ehtiyacı var - TENDERLƏR
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibləri məlum olub.

Sfera.az xəbər verir ki, tenderin qalibləri "Broaden-SR” MMC və "Mennom Ltd” MMC olub. Bu şirkətlər 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan Lənkəran şəhəri, Lerik və Astara rayonları üzrə ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 3 905 kub metr peçlik odun üçün "Broaden-SR” MMC və "Mennom Ltd” MMC şirkətlərinə 176 min 758 manat ödəyəcək.

– Lənkəran şəhəri üzrə ümumtəhsil məktəblərinə 94 min 813 manat dəyərində 1 607 kub metr peçlik odun alınacaq (1 kub metr 59 manat)

– Lerik rayonu üzrə ümumtəhsil məktəblərinə 75 min 222 manat dəyərində 1 260 kub metr peçlik odun alınacaq (1 kub metr 59,7 manat)

– Astara rayonu üzrə ümumtəhsil məktəblərinə 60 min 723 manat dəyərində 1 038 kub metr peçlik odun alınacaq (1 kub metr 58,5 manat)

Məlumat üçün bildirək ki, tenderin qalibi olan şirkətlər cəmi 2-3 ay əvvəl dövlət qeydiyyatına alınıblar.

"Broaden-SR” MMC 17.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi ev 133-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəsul Salam oğludur.

Mennom Ltd” MMC 12.03.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamaə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Sabunçul rayonu, Bakıxanov ŞTQ, Gənclik küçəsi ev 23, m.65-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nurulu Rüstəm Aftandil oğludur.

Onu da bildirək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 2-3 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.



Xatırladaq ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərini odun yanacağı ilə təmin etmək üçün mütəmadi olaraq tenderlər keçirir. Alınan odun yanacaqlarının qiymətləri arasında kəskin fərqlər olur. Eyni zamanda qazlaşma səviyyəsinin 100 faiz olduğu rayonlarda belə məktəblər üçün odun yanacağı alınır./yeniavaz.com/

OXŞAR XƏBƏRLƏR

Prezident Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...