UEFA Superkubokunun harada keçiriləcəyi açıqlandı

18:12 / 03.06.2021
2459
UEFA Superkubokunun keçiriləcəyi yer müəyyənləşib.
Sfera.az-ın məlumatına görə, qitə futbol qurumu qarşılaşmanın Şimali İrlandiyada təşkilinə qərar verib.
Şimali İrlandiya Futbol Federasiyası "Çelsi” ilə "Vilyarreal” arasındakı görüşün avqustun 11-də Belfastda keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, "Çelsi” Çempionlar Liqasını, "Vilyarreal” isə Avropa Liqasını qazanmaqla UEFA Superkubokunda iştirak hüququna yiyələnib.