Rövnəq Abdullayev İJF-nin İcraiyyə Komitəsinə üzv seçildi

Rövnəq Abdullayev İJF-nin İcraiyyə Komitəsinə üzv seçildi
Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) Konqresi keçirilib.

Sfera.az-ın məlumatına görə, qurumun baş toplantısında bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak edib.

Azərbaycanı Konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə təmsil olunub. İlk olaraq Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib.

Əsasən cüdonun dünyada geniş təbliği ilə bağlı nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo yarışlarının məlum təqvimindən, cüdonun bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə ianələr şəklində ayrılan dəstək, təhsil məsələləri və gələcək hədəflərdən bəhs edilən hesabatdan sonra təşkilatın baş katibi və maliyyə departamentinin rəhbərinin hesabatları dinlənilib.

Həmçinin İJF Nizamnaməsinin nizam-intizam və etik kodla bağlı qanunvericilik maddələrində müəyyən dəyişikliklər qəbul olunub. Konqresdə beynəlxalq qurumun prezident seçkiləri baş tutub. Marius Vizer yeganə namizəd kimi yekdilliklə İJF-nin prezidenti seçilib.

Daha sonra o, növbəti 4 il ərzində işləyəcəyi İcraiyyə Komitəsi üzvlərinin siyahısını Konqres iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev 2-ci dəfə növbəti dörd il müddətinə qurumun İcraiyyə Komitəsinə üzv seçilib.

Sonda İJF-nin prezidenti Marius Vizer iştirakçılara gördükləri işlərə görə təşəkkürünü bildirib və konqresin işinə yekun vurub.


OXŞAR XƏBƏRLƏR

İmişli hadisələrinə görə tutulan 14 nəfərlə bağlı yeni xəbər

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmə...

Vergi ödəyicilərinin sayı 800 mini keçdi - RƏQƏMLƏR

"Ən son məlumata görə 2025-ci ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən bəri 0,3% artaraq 809,2 minə çatıb. Bu faiz ifadəsində ...

Mərkəzi Bank bu qurumu cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəl...

"Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, ...

Daha bir müğənninin səhnədə ürəyi dayandı

Ötən gecə Türkiyənin Aydın şəhərində məkanlardan birində səhnə alan müğənni Mehmet Gündoğdu səhnədə infarkt keçirib.   Sfera.az Türkiyə mətbuatına is...

İsa peyğəmbərin dəfn olunduğu bağ tapıldı

İtaliyanın “Sapienza” Universitetindən bir qrup arxeoloq Qüdsdə araşdırma apararaq İsa peyğəmbərin dəfn olunduğu bağı aşkara çıxarıblar. &...