Oruc tutarkən bunlardan uzaq durun

Oruc tutarkən bunlardan uzaq durun

Sobadan yeni çıxmış isti lavaş yemək, orucu buz kimi soyuq su ilə açmaq, bol şirəli şirniyyatlar yemək, İftarı ancaq bir yeməklə açmaq... 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ramazanda bu cür səhv qidalanan çoxdur. Orucluq yay mövsümünə təsadüf etdiyindən, aclıq müddətinin uzun olması və qidaların çox yeyilməsi, orqanizmin  adət etmədiyi rejimə girməsinə səbəb olur. Buna bir də yanlış qidalanma vərdişləri əlavə olunanda, kökəlməklə yanaşı, metabolizmanın yavaşıması, qan şəkərində nizamsızlıq, əsəbilik, yorğunluq, diqqətsizlik, müvazinət itkisi, baş ağrısı, başgicəllənmə, unutqanlıq, yuxuya meyl, mədə pozğunluğu, şişkinlik və ürəkbulanma kimi problemlər ortaya çıxır. 

Türkiyəli dietoloq Sıla Bilgili Ramazan ayında oruc tutarkən, ən sıx görülən problemləri sadalamaqla yanaşı, sağlamlığımız üçün əhəmiyyətli təkliflər verib:

1. İftar zamanı lavaşı isti yeməkdən çəkinin. İsti lavaş mədə pozğunluğu ilə yanaşı, yemək borusu və ağız boşluğunda yaralar əmələ gətirə bilir. Lavaşı çox yeməyə  cəhd göstərməyin.  Əks təqdirdə qanda şəkərin miqdarını artırır. Bunlarla yanaşı bağırsaq hərəkətləri də yavaşıyır və qəbizlik yaranır.

2. Aparılan araşdırmalar göstərir ki,  sürətlə yeyilən yeməklər və daima içilən isti çay, yemək borusunda xərçəng xəstəliyi riskini artırır. Bu səbəblə iftarda isti şorba və ya iftar sonunda isti çay içməkdən çəkinin.  Bunların isti qəbulu mədə pozğunluğuna da səbəb olur.

3. İftar zamanı susamağı gözləməyin. Yemək zamanı 2-2,5 litri su içə bilərsiniz. Əks halda dəridə quruma, qəbizlik kimi problemlər, yorğunluq və istilik hissi kimi problemlərə yol aça bilərsiniz. Bunlarla yanaşı kifayət qədər maye almağınız balanslı bir qan təzyiqi üçün də son dərəcə əhəmiyyətlidir. Çay və qəhvənin suyu əvəz etdiyini düşünməyin. Çay və qəhvə çox qəbul etmək sidik ifrazını artırır və bədəndə mayenin tez bitməsinə səbəb olur. Çay, qəhvənin yanında şirniyyat qəbul etmək, kilo almağa səbəb olur. 

4. Oruc tutarkən, susuzluqdan boğaz quruyur və iftarda ilk olaraq soyuq su içmək istəyi yaranır. Soyuq su və ya buzlu içki içəndə və ya həddindən artıq soyuq yeməklər yeyəndə, bunların təmas etdiyi hüceyrələrin quruluşu pozulur, mikroblar artmağa başlayır. Bunun nəticəsində badamcıq vəzi, mədə, sidik yolu və ağciyər kimi orqanlarda infeksiya inkişaf edir. Sağlamlığınızı riskə atmamaq üçün orucu soyuq su ilə açmaq əvəzinə, 8-10 dərəcədə olan su ilə açmaq daha məqsədə uyğundur.

5. Bəzi insanlar yuxudan oynamağa tənbəllik edir. Bu, gün ərzində halsızlıq, yorğunluq, qan şəkərinin düşməsi, müvazinət problemi yaradır. İftarı bağlayarkən, sizi uzun müddət tox saxalaya biləcək - yumurta, pendir, süd kimi zülal tərkibi yüksək olan qidalara üstünlük verin. Özünüzü daha enerjili, gümrah hiss etmək və qəbizliyin qarşısını almaq üçün taxıl, çovdar çörək və ya yulaf kimi kompleks karbonatlı qidaları qəbul edin. Salat və meyvə də toxluq hissi, həzm sisteminin normal çalışması üçün əhəmiyyətlidir.
 
6. İftar sonrası həvəslə qəbul edilən şirniyyatlar uzun müddət mədə pozğunluğu, mədə yanması, reflyuks və kilo problemi ortaya çıxarır. Eyni zamanda, qızartma, xəmir yeməkləri, həddən artıq şəkər və yağ tələb  edən qidalar, şokolad, qazlı içkilərdən uzaq durmağa çalışın.
 
7. İftarı bağlayarkən, edilən xətalardan biri də, çox duzlu və yağlı qidalara üstünlük verilməsidir. Artıq duz qəbulu orqanizmdə susuzluğa səbəb olur.

8. İftarda boş mədə birdən yüklənməməlidir. Bu, iftar sonrası mədə pozğunluğuna yol açır. Orucu su ilə açıb, ardından quru ərik və ya xurma yeyin. İftar yeməyinə şorba ilə başlayıb, 15-20 dəqiqə ara verdikdən sonra əsas yeməklə davam edin. Əsas yemək olaraq, çox yağlı ağır yeməklər əvəzinə qaynadılmış və ya qızardılmış ət, toyuq və ya balıq yeməkləri, zeytunyağında bişən tərəvəz yeməklərinə üstünlük verin. Əks təqdirdə, yüksək qan şəkəri, ürək xəstəlikləri riski artır.
 
9. Acqarına idmana başlasanız, orqanizmdə qan şəkəri çox düşür. Məşq etmək üçün iftar sonrasını gözləmək lazımdır. İftardan saat yarım sonra yürüş, yavaşıyan metabolizmanı sürətləndirməklə yanaşı, kökəlməyin qarşısını alacaq.


OXŞAR XƏBƏRLƏR

“Kontakt”ın “İnşaatçılar” mağazası tam yeni formatda – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR

Sevindirən şəbəkə “Kontakt” eyni ünvanda yenilənmiş və daha bol çeşidli “İnşaatçılar” mağazasını təntənəli tədbir ilə müştərilərinə təqd...

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin ARTDI

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyard 274 milyon manat təşkil edib.   Sfera...

Bakıda uçqun olan yolda hərəkət fasilələrlə məhdudlaşdırılacaq - BİRGƏ MƏLUMAT

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti...

Taksi sürücüləri üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün noyabrın 3-də imtahan keçirəcək.   Bu barədə Sfera.az-a Döv...

Bu yolda hərəkət fasilələrlə məhdudlaşdırıla bilər - RƏSMİ

Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.   Sfera.az&nb...

Türkiyədə bələdiyyə sədri terror ittihamı ilə saxlanıldı

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Esenyurt bələdiyyə sədri Ahmet Özer terror istintaqı çərçivəsində saxlanılıb.   Sfera.az xəbər ...