Elektrik qatarlarında təmassız kartla ilk gediş pulsuz

Elektrik qatarlarında təmassız kartla ilk gediş pulsuz
Ölkəmizdə ilk dəfə olaraq Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişinə başlanması münasibətilə Azərbaycan Beynəlxalq Bankı yeni kampaniya elan edib.
 
Bankdan Sfera.az-a verilən məlumata görə, kampaniya çərçivəsində 30 iyul 2021-ci il tarixinə qədər dəmir yolu nəqliyyatında Visa təmassız kartları və ödəniş üzükləri ilə ilk gediş ödənişsiz olacaq. Belə ki, keçid terminallarında Azərbaycan Beynəlxalq Bankının Visa kartları və ödəniş üzükləri ilə aparılmış ilk ödəniş tam şəkildə müştərilərə kəşbək formasında dərhal geri qaytarılacaq.

Qeyd edək ki, dəmir yollarında gediş haqlarının bank kartları ilə təmassız ödənişi layihəsi "Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur.


Azərbaycan Beynəlxalq Bankının təmassız kartları və ödəniş üzükləri ilə Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında ödənişlər aparmaq olar. Layihənin bu mərhələsində bu sistemdən bütün bankların təmassız ödəniş kartları vasitəsilə istifadə mümkündür.

Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...