Rusiya dollardan imtina edir

Rusiya dollardan imtina edir
Rusiya suveren Sərvət Fondunun dollarda olan aktivlərini avro, yuan və qızıla dəyişdirəcək.

Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, bu haqda Rusiyanın maliyyə naziri Anton Siluanov açıqlama verib. 

Nazir deyib ki, belə bir addımın atılmasında məqsəd mümkün sanksiyalara qarşı riski azaltmaqdır. Bu transferdən sonra 119 milyard dollar dəyərində olan likvid vəsait mərkəzi banka transfer olunacaq. 

Hazırda Fondun aktivlərinin 35 faizi dollarda saxlanılır. Bu qədər aktivin dəyəri 41,5 milyard dollardır. Likvid olmayan aktivlər də nəzərə alınarsa, dollarla olan vəsaitlərin həcmi 185,9 milyard dollar təşkil edir. 

Siluanov söyləyib ki, valyuta dəyişikliyini sürətli həyata keçirə bilərlər. Nazirin məlumatına görə, dəyişikliyin ardından Fondun aktivlərinin 40 faizi avroda, 30 faizi yuanda, 20 faizi qızılda, 5 faizi yendə və daha 5 faizi funt sterlinqdə olacaq.

Ekspertlər valyuta dəyişiminin birjalarda necə təsir yaradacağını proqnozlaşdırmaqda çətinlik çəkir. 

Xatırladaq ki, ABŞ və Avropa İttifaqından gələn sanksiyalardan sonra Rusiya Mərkəzi Bankı da son bir neçə ildə balansında olan dollar aktivlərini tədricən azaldır. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...