Bu il neft-qaz gəlirlərimiz niyə azalıb?

Bu il neft-qaz gəlirlərimiz niyə azalıb?
Bu il neftin qiymətinin yüksəlməsinə baxmayaraq Azərbaycanın "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” üzrə gəlirlər əvvəlki illə müqayisədə azalıb. 

Azərbaycan Dövlət Neft Fondunun məlumatına əsasən, 2021-ci ilin ilk 5 ayında AÇG yatağı üzrə 1,850 milyard dollar, "Şahdəniz” yatağı üzrə 62,2 milyon dollar gəlir əldə edilib. Yataqlardan cəmi gəlir 1,912 milyard dollar olub. 

Ötən ilin 5 ayında AÇG yatağından 2,106 milyard dollar, "Şahdəniz” yatağından 120 milyon dollar gəlir əldə olunmuşdu. 2020-ci ilin ilk 5 ayında adıçəkilən yataqlardan əldə edilən gəlir 2,226 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin eyni dövründəki gəlirdən 314 milyon dollar çoxdur. 

Bəs, bu il neft qiymətlərinin yüksək olduğu halda Neft Fondunun gəlirlərinin azalması nə ilə bağlıdır?

Sfera.az bildirir ki, bununla bağlı fikrini bölüşən iqtisadçı-ekspert Qubad İbadoğlu Fondun gəlirlərinin azalmasını 2 səbəblə əlaqələndirir. Onun məlumatına görə, birinci səbəb neft hasilatı və nəqli ilə bağlı xərclərin artması, ikinci səbəb Azərbaycanın neft hasilatını azaltmasıdır: 

"BP-nin verdiyi məlumata görə, bu ilin birinci rübü ərzində AÇG-də hasilat gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olduğu halda, ötən ilin birinci rübündə müvafiq göstəricilər 524 000 barel və ya ümumilikdə təxminən 48 milyon barel, yəni 6,4 milyon tondan artıq olub. Rüb ərzində AÇG-də 2 neft hasilat quyusu qazılıb. Halbuki, ötən ilin eyni dövründə AÇG-də 4 neft hasilat quyusu qazılmışdı.

Əlavə edək ki, Azərbaycan iyun ayından başlayaraq neft hasilatını artıracaq. İyunda gündəlik hasilat 610 min barel, iyulda 620 min barel təşkil edəcək. Bu dəyişiklik ilin ikinci yarısında Azərbaycanın neft və qaz yataqları üzrə gəlirlərinin artmasına səbəb olacaq”. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...