FHN \"Formula 1\"ə görə gücləndirilmiş iş rejiminə keçdi

FHN \
Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçib.
 
Sfera.az-ın xəbərinə görə, bu barədə nazirliyin açıqladığı məlumatda deyilir:

"Məlum olduğu kimi, cari ilin 4-6 iyun tarixlərində Bakı şəhərində Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək.

Yarışla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, yarışın keçiriləcəyi ərazilərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə riayət olunmasının yoxlanılmasının təşkili, habelə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib. Bu çərçivədə, yarışın keçiriləcəyi trek və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət nəzərə alınaraq, şəhərin mərkəzi hissəsində baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının çevik və effektiv alınmasının təmin edilməsi məqsədilə həmin ərazilərdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumlarının müvafiq şəxsi heyət və texnikasının növbətçiliyi təşkil olunub".

OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank bu qurumu cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəl...

"Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, ...

Daha bir müğənninin səhnədə ürəyi dayandı

Ötən gecə Türkiyənin Aydın şəhərində məkanlardan birində səhnə alan müğənni Mehmet Gündoğdu səhnədə infarkt keçirib.   Sfera.az Türkiyə mətbuatına is...

İsa peyğəmbərin dəfn olunduğu bağ tapıldı

İtaliyanın “Sapienza” Universitetindən bir qrup arxeoloq Qüdsdə araşdırma apararaq İsa peyğəmbərin dəfn olunduğu bağı aşkara çıxarıblar. &...

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı xəbər var

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir".    Sf...

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...