Məhsulunu sata bilməyən fermerlər nə etsin? - "Hökumət kredit resursu təşkil etməlidir..."

13:52 / 03.06.2021
2264
Fermerlərimiz bu mövsümdə də becərdikləri məhsulu
xarici bazarlara çıxarmaqda,
həmçinin daxili
bazarda əlverişli qiymətə satmaqda çətinliklərlə qarşılaşıb. Xüsusilə Göyçay və Cəlilabad rayonlarında yaşayan
fermerlər yetişdirdikləri pomidor, xiyar, kartof və digər məhsulları Rusiyaya
göndərə bilmədiklərini deyirlər.
Kəndlilər maya dəyəri 70-80 qəpik olan pomidorun
bir kiloqramını yalnız 20-30 qəpiyə sata bilirlər. Göyçayda xiyarın bir kiloqramının
qiyməti isə 3-5 qəpik arası dəyişməkdədir.
Maraqlıdır, belə bir əlverişsiz vəziyyətin yaranmasına
səbəb nədir? Problemdən nə kimi çıxış yolları var?
Mövcud durumu Sfera.az-a şərh edən kənd təsərrüfatı
eksperti Vahid Məhərrəmov problemdən çıxış yolları barədə danışaraq, kütləvi
ixrac məqsədilə itehsal edilən məhsulların dəyişdirilməsinin vacibliyini
bildirib:
"Birinci növbədə
fermerin təsərrüfatı sığortalanmalıdır ki, belə hallar baş verəndə itkilər bərpa edilə bilsin . Hökumət fermerlərə
istiqamətlər verməlidir. Kəndli gələcəkdə məhsul istehsal edəndə bilsin ki, onu
hara ixrac edə bilər və uyğun məhsul hansıdır.
Fermerlərimiz çalışmalıdır ki, riskli olan,
istixana şəraitində yetişdirilən pomidorun istehsalını azaltsınlar. Belə
pomidorun daxili bazarda alıcısı azdır, bazar da monopoliya şəraitindədir.
Bizim məhsul Gürcüstanda, Rusiyada 1.50 manat olanda öz ölkəmizdə 3.50 manata
bizə təqdim edilir. Belə olan halda kəndliyə məhsulunu xaricə göndərmək yox, elə
ölkədə satmaq sərf edir. Amma təbii olaraq monopoliya aradan qalxsa, kəndliyə sərbəstlik
verilsə...".
Ekspert kəndlilərə kredit resursunun təqdim edilməli
olduğunu bildirib:
Əzizə Zeynal
Sfera.az