Ərzaq məhsullarında BAHALAŞMA davam edəcək - SƏBƏB

Ərzaq məhsullarında BAHALAŞMA davam edəcək -  SƏBƏB
Azərbaycanda 2021-ci ilin ilk 4 ayında əhalinin gəlirlərinin azalmasına baxmayaraq ərzağın alışına çəkilən xərc artıb. 

Rəsmi məlumatlara görə bir nəfərə düşən orta aylıq ərzaq xərci 165 manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 manat və ya 6,4 faiz çoxdur. Ötən ilin ilk 4 ayında əhali ərzağa adambaşına 155 manat xərcləmişdi.

Bu dövrdə qeyri-ərzaq xərclərində artım olmayıb, pullu xidmətlərdə isə azalma baş verib. 

Bəs, əhalinin gəlirlərinin azalması fonunda ərzaq xərclərinin artması nə ilə bağlı ola bilər?

Sfera.az saytına danışan iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, bahalaşma olduqda əhalinin istehlak xərcləri artır. 

Onun müşahidələrinə əsasən xərclərdəki artıma istehlak miqdarındakı dəyişikliyin təsiri olmayıb: 

"İnsanlar pəhrizə üstünlük verir, daha çox qidalanmadan yayınır. Çünki normadan artıq qidalanma diabet və digər xəstəliklər yaradır. Buna görə də ərzaq xərclərinin artması istehlak miqdarının yox, qiymətlərin artması ilə bağlı ola bilər”.

Ekspert söylədi ki, ərzaq qiymətlərində artım hələ bir müddət davam edəcək. Onun sözlərinə görə bahalaşmaya xarici amillərlə bərabər, daxili amillər də təsir göstərir: 

"Son 10 ildə dünyada ərzaq məhsullarının qiymətində artım baş verir. Dünya əhalisinin sayının sürətlə artması, quraqlıq, iqlim dəyişikliyi və digər amillər qida məhsulları ilə təminatda çətinlik yaradır. Bu amillər qida məhsullarının bahalaşmasına səbəb olur. 

Bu il Azərbaycanda ərzağın bahalaşmasına dizel yanacağının qiymətinin artırılması da ciddi təsir göstərib. 2021-ci ildə dizel yanacağı 33 faiz bahalaşıb və bu, daşıma xərclərini artırıb. 

Bununla bərabər hələ də inhisarçılıq faktlarına rast gəlinir. İnhisarçılar hər zaman bahalaşmaya meyilli olur və fürsət əldə edən kimi qiymət artımı edirlər. Bu hal ərzaq məhsullarında daha tez-tez müşahidə olunur”.    

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...