"Türkiyədə təhsil almış gənclərin diplomlarının tanıdılması məsələsi həll edilib" - Ekspert yeni qərardan DANIŞDI

Türkiyənin milli təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyənin ali məktəb diplomlarının qarşılıqlı olaraq tanınması ilə bağlı məsələyə münasibət bildirib. Z.Selçuk deyib ki, tədris ilinin müddəti baxımından iki ölkənin diplomlarının ekvivalenti ilə bağlı bəzi uyğunsuzluqlar var və diplomların ekvivalenti ilə bağlı bəzi razılaşmalar əldə etmişik.

Maraqlıdır, görəsən minlərlə gəncin diplomlarının tanıdılması üçün bu açıqlama ümidverici ola bilərmi? Nazir, razılaşmalar dedikdə nəyi nəzərdə tutub?

Məsələ ətrafında Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov hazırda ən böyük problemin Türkiyənin distant təhsil verən universitetlərin diplomalarının Azərbaycanda tanınmaması ilə bağlı olduğunu bildirib:

"İlk növbədə qeyd edim ki, hazırda azərbaycanlı gənclərin xarici ölkələrə təhsil almağa getmək istiqamətində ən böyük seçimləri qardaş Türkiyədir. Lakin burada müəyyən problemlər də ortaya çıxır. Birincisi Azərbaycanın üç universitetinin diplomu qardaş Türkiyənin Ali Təhsil Şurası (YÖK - Yükseköğretim Kurulu) tərəfindən tanınmır. Həmin universitetlərin tələbələri Türkiyədə magistratura təhsillərini davam etdirə bilmirlər. İkinci problem isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Türkiyədə distant təhsil alan şəxslərin diplomlarını tanımaması ilə bağlıdır. Hazırda Türkiyədə qiyabi təhsil yoxdur, distant təhsil var. Distant təhsil alan şəxslərin də diplomları Azərbaycanda çox təəssüflər olsun ki, tanınmır".
 
Təhsil eksperti Türkiyədə təhsillə bağlı kollec məzunlarının çətinlik çəkdiyini də vurğulayıb. K.Əsədov bu məsələnin də həll edilməsinin zəruriliyini bildirib:
"Türkiyənin təhsil naziri Ziya Selcuk Azərbaycanda olarkən məhz qarşılıqlı tanınma dedikdə, xüsusən distant təhsil məsələsi və bəzi ali təhsil müəssisələrinin diplomlarının Türkiyədə tanınmaması problemlərinin aradan qaldırılması məsələsini nəzərdə tutub və bu istiqamətdə problemlər həll edilib. Digər tərəfdən Azərbaycanın tibb təhsili ilə bağlı problemlər mövcuddur. Azərbaycanın tibbi ixtisası üzrə məzunları Türkiyədə "uzmanlıq” oxumaqla bağlı problem yaşayırlar. Ümumiyyətlə xarici diplomlarla bağlı ən yüksək diplom tanıma faizi Türkiyənin payına düşür.

Bizim Türkiyə ilə bağlı ən böyük problemimiz kollec məzunları ilə bağlıdır.
 
Çox təəssüf ki Azərbaycanda 2011-ci ildən sonra kollec bitirən və subbakalavr statusu alan şəxslər Türkiyədə təhsillərini davam etdirə bilmirlər. Bu da Azərbaycanda hər il 2 mindən çox şəxsin Türkiyədə təhsilini davam etdirməsinə mane olur. Digər tərəfdən Azərbaycanda həmin şəxslərə attestat verilmədiyi üçün həmin şəxslərin təhsil alması ilə bağlı problemlər mövcuddur. Hesab edirəm ki, biz mütləq şəkildə Azərbaycanın kollec məzunlarının Türkiyədə diplomlarının tanınması məsələsini həll etməliyik".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...