Premyer Liqamızda yeni mövsüm bu tarixdə başlayacaq

14:02 / 02.06.2021
1538
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün start götürəcəyi vaxt bəlli olub.
Sfera.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının qərarına əsasən, yeni mövsüm avqustun 14-də başlayacaq.
Qeyd edək ki, 2021/2022 mövsümündə çempionatda "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Qəbələ", "Keşlə" və "Səbail" klubları mübarizə aparacaq.