UEFA-dan rus azarkeşlərə qadağa: AVRO-2020 matçına gedə bilməyəcəklər

UEFA-dan rus azarkeşlərə qadağa: AVRO-2020 matçına gedə bilməyəcəklər
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Rusiya Federasiyasından olan azarkeşlərin Avro-2020 çərçivəsində keçiriləcək Danimarka - Rusiya matçına qatılması ilə bağlı vəziyyətə aydınlıq gətirib. 
 
Sfera.az xəbər verir ki, oyuna bilet alan rusiyalılar Kopenhagenə gedə bilməyəcək.

UEFA Danimarka Futbol Assosiasiyasına və Danimarka Xarici İşlər Nazirliyinə azarkeş məsələsi ilə bağlı sorğu göndərildiyini və Danimarka tərəfinin rusiyalılar üçün istisnalar etməkdən imtina etdiyini bildirib.
 
"Sərhəddən girişə dair mövcud məhdudiyyətlərə heç bir  istisna edilməyib", - deyə "RİA Novosti” UEFA-dan sitat gətirir.

Daha əvvəl, təxminən 2 500 rusiyalının  Danimarka - Rusiya matçına bilet aldığı bildirilmişdi. Matç iyunun 21-də keçiriləcək və Avro-2020 qrup mərhələsində komandalar üçün son oyun olacaq.

Öyun öncəsi hər iki komanda Finlandiya və Belçika ilə qarşılaşacaq. Danimarkalılar Kopenhagendə, rusiyalılar isə Sankt-Peterburqda oynayacaq. Milli komandaların görüş yeri püşkatma yolu ilə müəyyənləşib.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR