Azərbaycan “Aİ-95” benzinini haradan və neçəyə alır? - İdxal qiyməti

Azərbaycan “Aİ-95” benzinini haradan və neçəyə alır? - İdxal qiyməti
2021-ci ilin iyunun 2-dən Azərbaycanda "Aİ-95” markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 15 qəpik və ya 12 faiz artırılaraq 1 manat 40 qəpiyə çatdırılıb. Bundan öncə "Aİ-95” markalı avtomobil benzini 1,25 manata satılırdı. 

"Aİ-95” markalı avtomobil benzini ölkəmizdə istehsal edilmədiyindən bu məhsula olan tələbat idxal hesabına ödənilir. 

Bəs, "Aİ-95” markalı avtomobil benzinini haradan və neçəyə alırıq? Bu məhsulun idxal qiymətlərində dəyişiklik varmı?

Sfera.az-ın rəsmi məlumatlar əsasında apardığı araşdırmaya əsasən, ölkəmizə 2021-ci ilin birinci rübündə 16,781 milyon dollar dəyərində 26,278 min ton "Aİ-95” markalı avtomobil benzini idxal olunub. İdxal edilən benzinin bir litrinin topdansatış qiyməti Azərbaycan gömrüyündə 0,64 dollar, yəni 1,085 manat təşkil edib. 

Benzinin qiyməti neftin qiymətinə uyğun olaraq dəyişir. İlin birinci rübündə neftin orta qiyməti 50 dollar səviyyəsində olub. Hazırkı dövr üçün qiymətlər isə bir qədər də artaraq 60 dollara çatıb. Neftin qiymətində müşahidə edilən artım ondan alınan məhsulların, o cümlədən avtomobil benzininin də bahalaşmasına səbəb olub. 

Azərbaycan "Aİ-95” markalı avtomobil benzinini bir neçə ölkədən alır. Amma əsas ixracatçı ölkə Rusiyadır. Birinci rübdə Rusiyadan 15,142 milyon dollar dəyərində 23,72 min ton "Aİ-95” markalı avtomobil benzini gətirilib. 

2020-ci ildə ölkəmizə 58,615 milyon dollar dəyərində 97 min ton (bir litri 0,6 dollar), 2019-cu ildə 40,66 milyon dollar dəyərində 53,8 min ton (bir litri 0,75 dollar), 2018-ci ildə 44,07 milyon dollar dəyərində 57,72 min ton (bir litri 0,76 dollar), 2017-ci ildə 32,878 milyon dollar dəyərində 50,64 min ton (bir litri 0,65 dollar) "Aİ-95” markalı avtomobil benzini idxal olunub. 

Statistika göstərir ki, benzin ucuz olduqda onun idxalı artır, bahalaşdıqda isə idxal və ona çəkilən xərc azalır. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...