SOCAR-dan benzinin bahalaşmasına münasibət - "Dünyada neftin qiyməti qalxıb"

SOCAR-dan benzinin bahalaşmasına münasibət -
"Premium” və "Super” markalı benzin Azərbaycana idxal olunur. Bu benzin markaları idxal olduqları üçün onların qiymətləri beynəlxalq qiymətdən asılıdır".

Sfera.az xəbər verir ki, bunu "Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda "AI-95” markalı benzinin bahalaşmasına münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, yəni dünyada neftin və neft məhsullarının qiymətləri artdıqca, Azərbaycanda da benzin növlərinin qiymətləri artır. Dünyada bu növ neft məhsullarının qiymətləri azaldıqca, Azərbaycanda da azalır. Məsələn, pandemiyadan əvvəl "Premium” benzinin hər litri üçün qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə ​​bu rəqəm hər litr üçün 1,10-1,20 manata, sonra 1,25 manata düşüb, indi isə bu benzin markasının hər litri 1,40 manata yüksəlib. Yəni bu markalı benzinin qiymətinin artması dünyada neftin qiymətinin və neft məhsullarının qiymətinin artması ilə bağlıdır”.

O qeyd edib ki, bu benzin növlərinin qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdır və Azərbaycanda da müvafiq olaraq onların qiyməti artıb.

İ. Əhmədov bildirib ki, ancaq "Aİ-92” və dizel yanacağı Azərbaycanda ən çox istifadə olunan yanacaq növləridir. Bu yanacaq növlərinin istehlakı ümumi istehlakın 90 faizni təşkil edir: "Bu yanacaq növləri Azərbaycanda istehsal olduğu üçün qiymətləri dövlət tərəfindən tənzimlənir. Gələcəkdə 2022-ci ildən sonra SOCAR-ın Heydər Əliyev Adına Neft Emalı Zavodu modernizasiyanın hazırkı mərhələsi başa çatdıqdan sonra, Azərbaycanda da "Aİ-95” markalı benzinin istehsalı mümkün olacaq. Bundan sonra biz artıq bu yanacaq növünün idxalından asılı olmayacağıq və onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi qiymətlə tənzimlənə bilər”.

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...